Omanın vəfat etmiş sultanı Qabus bin Səid Əl Səudun dəfn mərasimi bu gün keçiriləcək.
“Axin” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Omanın dövlət xəbərlər agentliyi bildirib.
Qeyd edək ki, Sultan cümə günü yanvarın 10-da, uzunsürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. O, 1970-ci ildən ölkəni idarə edirdi.
Sultanın xərçəng xəstəliyindən əziyyət çəkməsi xəbəri hələ 2015-ci ildə yayılıb.
Məlumata görə, övladı olmayan Qabusun varisi 2002-ci ildən onun şəxsi köməkçisi işləmiş Əsəd bin Tarek bin Teymur Əl Səid olacaq.