Dünyanın ən güclü pasportlarının yeni siyahısı açıqlanıb. Söhbət ondan gedir ki, hansı dövlətlərin vətəndaşları başqa ölkələrə daha çox vizasız gedib-gələ bilirlər.
Axin.az xəbər verir ki, siyahı “Henley Passport 2020” indeksi əsasında hazırlanıb. Ölkələr müəyyənləşdirilərkən Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının xüsusi məlumatları nəzərə alınıb.
Birinci yerdə Yaponiyadır.
Yeni siyahıya yenə də Asiya ölkələri başda gedir. Bu ölkənin vətəndaşı olmaq o deməkdir ki, 191 ölkəyə vizasız gedib-gələ bilərsən. Yeri gəlmişkən, Yaponiya ardıcıl üçüncü ildir ki, “dünyanın ən güclü pasportları” siyahısına başçılıq edir.
İkinci yerdə Sinqapur, üçüncü Almaniyadırdır. Eyni balla (188 ölkə) İtaliya və Finlandiya dördüncü pillədə qərarlaşıb. Vətəndaşları 187 ölkəyə vizasız gedib-gələ bilən Danimarka, Lüksenburq və Fransa isə beşincidir.
Sinqapur Sinqapur
Superdövlət adlandırılan ABŞ siyahının 8-ci pilləsini İngiltərə ilə bölüşür.
Azərbaycan pasportu yeni siyahıda 76-cıdır. Bizim pasportu daşıyanlar dünyanın 67 ölkəsinə rahat (vizasız) gedib-gələ bilərlər. Bu baxımdan Cənubi Qafqaz ölkələrindən ən yaxşı vəziyyətdə olanı Gürcüstan vətəndaşlarıdır. Onlar üçün 116 ölkəyə səfər zamanı viza tələb olunmur. Gürcülər 53-cü pillədə qərarlaşıb. Ermənistan 62 balla 81-ci, İran isə 41 xalla 98-ci yerdədir.
Bağdad Bağdad, İraq
Bu siyahıda son beşlikdə olanlar isə Əfqanıstan, İraq, Somali, Suriya və Pakistan pasportlarıdır.