AFFA-nın hesabat-seçki konfransının vaxtı açıqlanıb.
"Axin"in məlumatına görə, bu barədə qurumun baş katibi Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, toplantı yanvarın 28-də olacaq.
İclasda AFFA-nın növbədənkənar Konfransında qəbul olunmuş yeni Nizamnaməyə uyğun seçkilər keçiriləcək.