“Bayram günlərində Kliniki Tibbi Mərkəzə spirtli içkilərlə əlaqədar 12 nəfər müraciət edib”.
Axin.az xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır olmadığına görə bir günə evə buraxılıblar.
4 nəfər isə dərmanların kənar təsiri nəticəsində yaranan allergik reaksiyalara görə xəstəxanaya qəbul edilib.