Lənkəranda yol qəzasında 24 nəfər xəsarət alıb - VİDEO
Cəmiyyət
28-01-2025, 16:47
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı 24-ə yüksəlib. TƏBİB-in məlumatına görə, Lənkəran-Boradigah-Masallı yolunda 28 yanvar tarixində baş vermiş hadisə nəticəsində müxtəlif travmalarla 24 nəfər xəstəxanaya yerləşdirilib. 13 nəfəri qadın, 10 nəfəri kişi, 1 nəfəri isə azyaşlıdır. Xəsarət alanlardan 1 nəfər Reanimasiya, 6 nəfər Travma şöbəsində müalicə alır, 4 nəfəri isə Təcili yardım şöbəsində müalicə olunmağa davam edir. 13 nəfərin vəziyyəti yüngül olduğu üçün onlar evə buraxılıb. Qəza, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində baş verib.