İlham Əliyev: Heydər Əliyev Hava Limanında yeni terminal inşa ediləcək
Cəmiyyət
28-01-2025, 16:08
Prezident İlham Əliyev, Heydər Əliyev Beynəlxalq Hava Limanının keçən il rekord sayda sərnişin daşımasını və bu rəqəmin daha da artacağını vurğulayıb. Hava limanının daha da inkişaf etdirilməsi məqsədilə yeni terminal kompleksinin inşası planlaşdırılır. Dövlət başçısı bu layihənin artıq hazırlandığını və gələcəkdə hava limanının beynəlxalq nəqliyyat mərkəzinə çevriləcəyini bildirib.