Dərbənd filialının məzunları diplomlarını ala bilmir, şikayətlər davam edir.
Cəmiyyət
28-01-2025, 14:53
İqtisad Universitetinin Dərbənd filialının məzunları, 2023-2024 tədris ili üçün diplomlarını ala bilmirlər. Tələbələr uzun müddətdir diplomları üçün universitetə müraciət etsələr də, heç bir nəticə əldə etməyiblər. Onlar qeyd edirlər ki, bu səbəbdən işsiz qalırlar. Təhsil Nazirliyi tərəfindən məsələ araşdırılır və yaxın zamanlarda diplom blanklarının təqdim ediləcəyi bildirilir. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu problem artıq 2 ildir davam edir və əsasən qeydiyyat prosesindəki gecikmələrdən qaynaqlanır.