Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusu ilə baş verən qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza Lənkəran şəhəri yaxınlığında, yanacaqdoldurma məntəqəsinə yaxın ərazidə baş verib. Avtobusun minik avtomobilinin üzərinə aşması səbəbindən yaralanan şəxslər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.