Hökümənin ailəsinin pulunu oğurlayan belə saxlanıldı - VİDEO
Cəmiyyət
19-01-2025, 16:58
Xəbər verdiyimiz kimi, ötən gün Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq edən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.
Axın.az-ın məlumatına görə, onun kimliyi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunub.
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Ayaz İsgəndərovun saxlanılması anını əks etdirən görüntüləri təqdim edirik: