Azərbaycan Gürcüstanla quru sərhədini açıbmı? VİDEO
Cəmiyyət
17-01-2025, 13:58
Sosial şəbəkələrdə Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açıq olduğunu, vətəndaşların “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən sərbəst və maneəsiz keçdiyini iddia edən videogörüntülər yayılıb.
Videonun müəllifi iddia edir ki, vətəndaşlar sərbəst şəkildə sərhədi keçərək Gürcüstan ərazisinə daxil olurlar. Kadrlarda yüklə bir neçə nəfərin sərhəd keçid məntəqəsinə yaxınlaşması da görünür.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il aprelin 1-dək uzadılıb. Azərbaycanda COVID-19 pandemiyasının başladığı 2020-ci ilin mart ayından xüsusi karantin rejimi tətbiq edilir.
Dövlət Sərhəd Xidmətindən www.haqqin.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərhəd-keçid məntəqələri Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyət göstərir. Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar hava nəqliyyatından istifadə etməlidirlər və ölkədən çıxış üçün heç bir məhdudiyyət yoxdur.
Belə ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları ölkəyə yalnız hava yolu ilə girib-çıxa bilərlər. Azərbaycan vətəndaşlarından fərqli olaraq əcnəbilər də Azərbaycan ərazisini quru sərhədindən keçə bilərlər.