"Lionel Messi və Komanda Yoldaşları Qarabağ Atlarını İzləyib"
Cəmiyyət
11-12-2024, 16:45
Lionel Messi və Komanda Yoldaşları Bakıda Xeyriyyə Tədbirində
“İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi, komanda yoldaşları Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıda Qarabağ atlarına baxış keçirib. Futbolçuların bu anlardan zövq aldığı və təcrübədən məmnun qaldığı bildirilib.
Eyni zamanda, bu gün Bakı Kristal Zalında baş tutacaq tədbirdə azarkeşlər Lionel Messi və onun məşhur komanda yoldaşları ilə görüşmək imkanı əldə edəcəklər. Tədbir, Lionel Messi-nin səkkiz dəfə "Qızıl top" mükafatı qazanmış dünya çempionu kimi pərəstişkarları ilə xüsusi bir an paylaşmasına şərait yaradacaq.
Tədbir zamanı biletlərin satışından toplanacaq vəsaitin xeyriyyə məqsədlərinə sərf olunacağı qeyd edilib. Bu təşəbbüs, idman və humanitar yardımı bir araya gətirən əhəmiyyətli bir addım kimi dəyərləndirilir.