"Əxlaqımızı internet pozur, heç kimin bilməməli olduğu məsələləri..." - Anar
Cəmiyyət
31-10-2024, 15:53
"İnternet böyük və xeyirli bir ixtiradır. Amma cəmiyyət buna hazır deyilmiş. İnternet insanlarda məsuliyyətsizlik yaratdı. Kimə nə istəyirsən de, şərlə, böhtan at, amma buna görə cəzalandırılmırsan. Əxlaqımız internet günü-gündən pozduqca, daha da pis olur. Və bəzi televiziya kanalları".
Axın.azaxşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq yazıçısı Anar iş xanım "Qaranlıqda həqiqət" Youtube layihəsində deyib. Azərbaycan Yazıçılar Birliyinin sədri telekanallardan şikayətlənib və interneti pisləyib:
"Kanallara çox baxmıram. Amma baxanda görürəm ki, o qədər söyüş söyürlər, ədəbsiz hərəkətlər edirlər... Ailələri gətirirlər, onların daxili problemlərinin, heç kimin bilməməli olduğu məsələləri camaatın müzakirəsinə çıxarırlar. Bu müzakirələrin də müsbət nəticəsi olmur. İnsanların bir qismi xoşlayır ki, baxsın görsün qonşunun evində nə var. Bu marağı da bəzi televiziya kanalları qızışdırır". Axın.az