Avropada yeni ölümcül virus yayılmağa başlayıb.
BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, peyvəndi olmayan "Oropuche" qızdırması Avropaya çatıb. Bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət mərkəzi xəbər verib.
Son iki ayda Avropa sakinlərində potensial ölümcül yeni virusa yoluxma hallarının 19-u qeydə alınıb. İspaniyada 12, İtaliyada 5 və Almaniyada 2 hadisə yaşanıb. Virus Latın Amerikasında yaranıb.
Qeyd edək ki, indiyədək ən çox yoluxma Braziliyada qeydə alınsa da, virus Boliviya, Kolumbiya, Peru və Kubada da yayılmağa başlayıb.
Axın.az