Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin ƏMRİ HANSI FORMADA tərtib olunmalıdır?
Bu əmək münasibəti - əmək münasibətlərin də mühüm elementlərdən biridir və bir çox hallarda da fərdi əmək mübahisələri yaradır.
Aşağıda göstərilən tələblərə əməl edilməmə bu barədə olan Əmrin ləğv edilməsi, işçinin işə bərpa olunması ilə nəticələnı bilər:
1. Əmək Məcəlləsinin tələblətinə əsasən: Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri, sərəncamı və ya qərarı 2 formada tərtib oluna bilər:
1.2. Aşağıda göstərilən məlumatlar olmaqla sadə formada.
1. 2. Normativ hüquqi aktlara uyğun formada təsviri (giriş), yəni əsaslandırma hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrdə bu məlumatların göstərilməsi məcburidir: müəssisənin adı, hüquqi ünvanı, sıra nömrəsi, tarixi, imza edın işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
4. Bu məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr və ya qərar əmək mübahisəsini həll edən məhkəmə tərəfin-n etibarsız hesab edilə bilər.
5. Qeyd olunan bu əmək münasibətlərində əsas mübahisələrdən biri Əmrin hansı forma və qaydada hazırlanmasıdır: NORMATİV hüquqi aktlara uyğun, yoxsa SADƏ formada?
6. Praktikada bir çox hallarda: bilərəkdən və ya bilməyərəkdən, bəzi hallarda isə qəsdən Əmrin sadə formada tərtib olunmasına üstünlük verilir.
7. Hesab edirəm ki, Əmrin normativ hüquqi aktlara uyğun, yoxsa sadə Formada tərtib olunması,bu barədə verilmiş Əmrlırdə Əmək Məcəlləsinin hansı maddəsinə və ya əsaslara uyğun verilməsi ilə müəyyən olunmalıdır. Fikrimi aşağıdakı hallarla əlaqədar izah edirəm:
8. Əmrin normativ hüquqi aktlara uyğun, yoxsa sadə Formada hazırlanması o əsas və səbəbdən mühüm əhəmiyyət daşıyır ki, elə Əmrlər varki, o Əmrlırdə hansısa təsvir və ya əsaslandırmaya ehtiyac yoxdur, əmr Əmək Məcəlləsində göstərilən məlumatlar göstərilməklə sadə formada hazırlana bilər.
Eıə Əmrlər varki, onlar müvafiq təsvir və ya əsaslandırma aparmaqla mütləq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmalıdır.
9.Sadə formada tərtib olunmalı olan Əmrlərə bir neçə misal: işçinin müqavilə müddətinin qurtarması, işçinin şəxsi ərizəsi əsası, hərbi xidmətə çağırılma, işçi vəfat etdikdə və sair əsaslara uyğun Əmək Məcəlləsinin müvafiq maddələri ilə əmək müqaviləsinin ləğvi.
10. Normativ hüquqi aktlara uyğun Əmrlərə aid bir neçə misal: müəssisə ləğv edildikdə,
işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmama əsası, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda və sair sair əsaslara uyğun Əmək Məcəlləsinin müvafiq maddələri ilə əmək müqaviləsinin ləğvi.
11.Hesab edirəm ki, Əmrin normativ hüquqi aktlara uyğun tərtib olunması o əsasdan da qanuni ola bilər ki, bu əmrdə işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinin hansı səbəb və əsasla ləğv etməsini təsvir etməli, əsaslandırmalı və sübut etməlidir. Əmrin sadə formada hazırlanması da məhz sübut etmə vəzifəsindən qaçma məqsədi daşıyır.
Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo
Axın.az