İraq parlamentində qadınların nikah yaşının 15-dən 9-a endirilməsi üçün qanun layihəsi hazırlanır.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqda İslam qaydalarına görə evliliyə icazə verən və erkən azyaşlı evliliklərinə yol aça biləcək qanun layihəsi yenidən gündəmə gətirilib.
Əgər sözügedən qanun layihəsi səs çoxluğu ilə dəstəklənərsə, ölkədə qızların evlilik yaşı 15-dən 9-a endiriləcək.
Qeyd edək ki, İraqda rəsmi nikah yaşı hazırda 18-dir, lakin məhkəmənin və valideynlərinin razılığı ilə qız uşaqlarına 15 yaşda nikaha icazə verilir.
Axın.az