Azadlıq Partiyasının Bəyanatı
Azadlıq Partiyası Siyasi Partiyalar haqqında yeni qanuna uyğun olaraq 2023-cü ilin avqustun 18-də öz üzvlərinin siyahısını Ədliyya Nazirliyinə təhvil verib. Bir müddət sonra Ədliyyə Nazırliyindən zəng edərək partiyanın növbəti qurultayının nə vaxt keçiriləcəyi ilə maraqlanılıb. Biz qeydiyyatda olan nizamnaməmizə görə qurultayln 2027-ci ildə keçirməli olduğumuzu, zərurət varsa növbədənkənar qurultay keçirə biləcəyimizi bildirdik. Bundan sonra Prezident Aparatından bizə zəng edərək Azadlıq Partiyasınının qeydiyyatdan keçməsinin anlaşılmazlıq olduğu, partiyanın özünü buraxması tələbini bir daha nəzərimizə çatdırdılar. Xatırladaq ki, Prezident aparatı 2022-ci ildən başlayaraq Azadlıq Partiyasının özünü buraxması tələbini ortaya qoymuş, biz partiyanı buraxarıqsa bizə maddi təminat, istədiyimiz ictimai təşkilat, televiziya, ofis veriləcəyi bildirilmişdi. Prezident aparatının tələbi Azadlıq Partiyasının Mərkəzi İcraiyyə Komitəsində müzakirə olunub, qəti şəkildə rədd edilib, partiyanın fəaliyyətinin davam etdirilməsi, istisnasız olaraq milli maraqlardan çıxış edən bir partiyaya zəruri ehtiyac olduğu, hakimiyyətə, eləcə də Azərbaycan xalqına hamının satın alınmasının mümkün olmadığı nümunəsinin ortaya qoyulmasının millətin özünə, öz sabahına inamda əvəzsiz bir xidmət olduğu bildirilib.
Partiyanın bu mövqeyi Prezident Aparatının bu məsələ ilə bağlı bizimlə görüşən müxtəlif ranqlı 5 rəsmi nümayəndəsinin hər birinə bildirilib. Hakimiyyətin bizə bu münasibəti Azadlıq Partiyasının siyasi mövqeyi ilə balıdır. Azadlıq Partiyası ölkədaxili siyasi dialoqun daimi tərəfdarıdır və bu bizim siyasi fəaliyyətimizin əsas prinsiplərindən biridir. Eyni vaxtda biz bütün milli əhəmiyyət kəsb edən məsələlərdə, 44 günlük müharibədə, eləcə də bir günlük antiterror əməliyyatında hakimiyyəti qeyd-şərtsiz dəstəkləmişik. Eyni vaxtda biz hakimiyyətin milli marağa zidd addımlarını-müstəqil məhkəmələrin məhv edilməsin, insan haqları, demokratiya,insan haqları ilə bağlı mövqelərini, şəhid ailələri və qazilərlə bağlı yarıtmaz fəaliyyətini, ölkədəki rüşvət və korrusiysnı, milli sərvətlərin talan edilməsini, millətimizin özünə və dövlətçiliyiə inamın sarsıdılması fəaliyyətlərini tənqid etmişik. Bizi bu mövqedən çəkindirmək, yalnız icazə verilən orta və aşağı səviyyələrdə olan məmurları tənqid etməyə yönəltməyə çalışıblar. Bundan başqa bir sıra məsələlərdə Azadlıq Partiyası digər partiyalardan fərqli mövqe sərgiləyib. Biz hakimiyyət-müxalifət dialoqunun istehza hədəfinə çevrilməsinin əsas səbəbini ölkə başçısının bu dialoqda iştirak etməməsində, 21 ildir hakimiyyətdə olan prezidentin bu müddət ərzində heç bir siyasi partiya sədri, içtimai liderlə görüşməməsinin doğru olmadığını bildirmişik. Azadlıq Partiyası açıq şəkildə Azərbaycan və Türkiyə arasında Konfederativ əsaslarla dövlət qurulmasının vacibliyini bildirib və son iki il müddətində bu istiqamətdə təbliğat aparır. Azadlıq Partiyası Rusiyanln nəzarətindən şıxmaq üçün 5-ci kalondan can qurtarmağı hakimiyyətdən tələb edib. Azərbaycan hələ də milli dövlətçiliyin qəti əleyhdarı olan Rusiyanın uzantıları tərəfindən idarə olunduğunu, hakimiyyətdə milli dövlət ideyasının daşıyıcılarının olmasının vacibliyini bildirib. Bu mövqelərimizə görə Azadlıq Partiyası daim hakimiyyətin hədəfində olmuş , digər partiyalara bu və digər televiziyalarda çıxış imkanı verilsə də Azadlıq partiyasının nümayəndələrinin çıxışına qadağa qoyulmuş, Azadlıq Partiyasının sədri Əhməd Orucun “Hürriyyət” internet televiziyaslnda çıxışı Prezident aparatının təzyiqi ilə televiziyza rəhbərləri tərəfindən “Yotube” kanalından çıxarılmışdır. 2024-cü ilin yanvar ayında Ədliyyə Nazirliyinin qeydiyyat İdarəsinin rəhbəri ilə Azadlıq Partiyasının sədri arasında qeyri-rəsmi görüş olmuş, nazirliyin nümayəndəsi Prezident Aparatı ilə münasbətlərin normallaşdırılması təklif olunub. Azadlıq Partiyası Prezident aparatı ilə əlaqə yaradaraq vəziyyəti müzakirə etməyə cəhd göstərsə də Prezident aparatından heç bir problem olmadığı bildirilmiş, eyni vaxtda Ədliyyə Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına Azadlıq Partiyasının adının partiyaların ümumi siyahısından çıxartmaq göstərişi verilib. Azadlıq Partiyası Prezident Aparatlndan onun normal fəaliyyətinə problem yaratmamağı , Ədliyyə Nazirliyindən Azadlıq partiyasının hüqüqi vəziyyəti ilə bağlı açıqlama verməsini tələb edir. Azadlıq Partiyası mətbuat nümayəndələrindən bu məsələni içtimailıəşdirməyi xahiş edir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc
Axın.az