"Mənimlə evlənmək istəyirsə, mənə öz evimdən bahalı ev, maşınımdan bahalı maşın almalıdır, yoxsa neynirəm o kişini?"
Cəmiyyət
9-08-2024, 15:18
"Əgər mənimlə evlənmək istəyirsə, mənə öz evimdən bahalı ev, maşınımdan bahalı maşın almalıdır. Oturub mənimlə pomidor yumurta yeyəcəksə, nə işim var o kişi ilə?!".
Ucnoqta.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Afət Rahilqızı deyib. O, bu sözləri ARB telekanalında yayımlanan verilişdə səsləndirib.
Onun sözlərinə görə, o artıq ailə qurmağı düşünmür. Onunla ailə qurmaq istəyən şəxs isə dediyi kriteriyalara uyğun olarsa, yalnız bu mümkün ola bilər.