Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb.
Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yol kənarında saxlamağa nail olub. Hadisə zamanı xəsarət alan olmasa da, vəziyyət vətəndaşları ciddi narahat edib.
Videoya şərh verən izləyicilər bu və digər təhlükəli halların bölgə avtobuslarında tez-tez qeydə alındığını bildiriblər. Onlar bunu avtobuslardan bəzilərinin istismar müddətinin başa çatması ilə əlaqələndiriblər.