2021-ci ilin ilk doqquz ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 46,8 milyon kubmetr olub.
“BP Azərbaycan”dan verilən məlumata əsasən, kəmərin ötürücülüyü ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz artıb.
Müvafiq dövrdə boru kəmərinin əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə təqribən 8 milyon dollar olub. 2020-ci ilin üçüncü rübünün yekunları ilə müqayisədə əməliyyat xərcləri 11,4 faiz artıb, əsaslı xərclər isə sabit qalıb.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBKG (genişləndirilmiş hissəsi) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBK) sərmayədarları bunlardır: BP (28,83 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzSCP (10 faiz), NİKO (10 faiz), LUKOYL (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,67 faiz).
Nigar Məmmədova