axin.az

SON DƏQİQƏ

FHN-dən Bakıda eyni anda bir neçə şəxsin intihara cəhd etməsi ilə bağlı AÇIQLAMA – VİDEO

2-10-2021, 20:58



2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.

Bu barədə FHN-dən açıqlama verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar XRXX-nin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.

16:10

Bakıda dörd nəfər intihara cəhd edib.

Baku TV xəbər verir ki, hadisə Səttar Bəhlulzadə 70 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Onlar intihara cəhd edən şəxsləri fikirlərindən daşındırıblar.

Ətraflı videonu təqdim edirik:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA