axin.az

SON DƏQİQƏ

Emin Əmrullayev: “Xaricdə təhsil proqramının böyük hissəsi magistr pilləsini əhatə edəcək”

1-10-2021, 15:32



“Bəzən hansısa universitetlərin reytinqi yüksək olsa da, ixtisasa görə reytinqi elə də ürəkaçan olmur. Həm bakalavr, həm magistr proqramları ehtiyaclara uyğun müəyyən ediləcək”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, proqramın böyük hissəsi magistr pilləsini əhatə edəcək.

E.Əmrullayev vurğulayıb ki, bakalavr pilləsi üzrə ən yüksək reytinqli və müxtəlif sahələrdə (beynəlxalq olimpiadalarda) fərqli nailiyyətlər əldə edən gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi mümkün olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Kasım 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA