axin.az

SON DƏQİQƏ

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

19-09-2021, 23:57



Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri barədə açıqlama verib.

Axın.az bildirir ki, Qurumun ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev Oxu.az-a bildirib ki, sürücü Kamran Axundov hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb:

“Sürücüyə pozduğu qanun haqqında məlumat verilsə də, o, özünə haqq qazandırıb. Özünü Xırdalan bazarının müdiri kimi təqdim edən Kamran Axundovu polis əməkdaşları alkoqol şübhəsi ilə saxlamış olsaydı, o zaman onun spirtli içki qəbul edib-etmədiyini alkotester vasitəsi ilə müəyyən etmiş olardılar. Lakin sürücü polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmayıb. Həmin sürücü barəsində kəmər taxmadığına görə inzibati xəta haqqında protokol tərtib olunub”.

N.Piriyev qeyd edib ki, polis əməkdaşları sürücüyə qarşı nalayiq ifadə işlətməyiblər, onun iddiası tamamilə əsassızdır.

İlhamə Əbülfət


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA