axin.az

SON DƏQİQƏ

Zakir Həsənov Türkiyə prezidenti ilə görüşüb

14-09-2021, 23:23



Türkiyəyə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirin birinci müavini - Azərbaycan Ordusunun baş qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazir müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvətilə bu ölkədə səfərdədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA