axin.az

SON DƏQİQƏ

DİN-dən vətəndaşlara MÜRACİƏT

13-09-2021, 13:46



Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzilin dəyərindən çox aşağı qiymətə elan qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin sosial şəbəkədə yaydığı məlumatda bildirilib.

DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər: “Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA