Azərbaycan və Türkiyə qırıcıları zərbələr endirdi - VİDEO
Cəmiyyət / Video
8-09-2021, 14:09
“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.
Axın.az bildirir ki, Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.