axin.az

SON DƏQİQƏ

Kürdəmirdə qonşusunun evindən oğurluq edən şəxs həbs edilib

7-09-2021, 21:09



Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, Kürdəmir rayonu, Sığırlı kənd sakini Habil Qaybalıyev Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, yaşadığı evdən qızıl-zinət və müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Müraciətə əsasən Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin cinayət əməlini onun qonşusu Qaçayev Qeyrət Heyyət oğlu törədib. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsdən oğurladığı maddi sübutları aşkar edərək götürüb.

Qaçayev Qeyrət barəsində Kürdəmir rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA