axin.az

SON DƏQİQƏ

Ceyhun Bayramov Qırğızıstanın yeni səfiri ilə görüşdü – FOTO

3-09-2021, 18:17



Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevi qəbul edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Səfirin etimadnaməsinin surətini qəbul edən nazir onu təyinatı münasibətilə təbrik edib.

Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb.

Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib.

Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq Azərbaycan barəsində məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Səfir, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbaevin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb və nazir Kazakbaevin Azərbaycanlı həmkarını rəsmi səfərə dəvət etdiyini bildirib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir səfir Kayrat Osmonaliyevə Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA