axin.az

SON DƏQİQƏ

Sabirabadda evini tərk edən koronavirus xəstəsi aşkarlandı

25-08-2021, 17:01



Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Sübhan Əliyevə COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib.\

Lakin həmin şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.

S.Əliyev barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA