axin.az

SON DƏQİQƏ

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

21-08-2021, 18:37



Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Vüsal Alyarov və 1990-cu il təvəllüdlü Azad Namazov müəyyən edilərək saxlanılıb.

Üzərlərinə baxış zamanı onlardan narkotik və psixotrop maddələr olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA