axin.az

SON DƏQİQƏ

​Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə iştirak edəcək

17-08-2021, 19:21





Ölkə
Siyasət
Qarabağ
Dünya
Sağlamlıq
Sağlamlıq
Maraqlı
Sosial
Maqazin
Mədəniyyət
Hadisə
İqtisadiyyat
Müsahibə
Dünya
İdman
Hərbi
Ədəbiyyat
Layihə
Texnologiya
Toplum
​Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə iştirak edəcək
​Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə
16:5517.08.2021 21 MədəniyyətA-A+
23-30 avqust 2021-ci il tarixlərində Tatarıstanın Dövlət Muxtar Mədəniyyət Təşkilatı Buinsk Dövlət Dram Teatrının bazasında Beynəlxalq Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Malikanə mədəniyyət məkanı: həyətdən salona" adlı növbəti tədbirini həyata keçirəcək.

Azadinfo.az xəbər verir ki, Beynəlxalq Mədəniyyət Mərkəzi hər zaman Rusiyanın və xarici mütəxəssislərin yaradıcılıq əlaqələrinin genişləndirilməsinə, tanınmış yaradıcı şəxslərin, eləcə də gənc aktyor və rejissorların beynəlxalq səviyədə əməkdaşlığının yeni modellərinin hazırlanmasına geniş şərait yaradır. Bu, həm də xarici sənətçiləri bir araya gətirərək Rusiyada yaşayan xalqların ənənəvi mədəniyyəti ilə çağdaş mədəni mühit, tarixi və müasir mədəniyyət xüsusiyyətləri ilə tanış etmək sahəsində əhəmiyyətli rol oynayır.

Azərbaycan Dövlət Akademik Musiqili teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təşkilat komitəsinin dəvəti ilə bu mərasimdə fəxri qonaq qismində iştirak edəcək. Bir sıra beynəlxalq festivalların və müsabiqələrin münsiflər heyətində hər zaman təmsil olunan tanınmış rejissor və təcrübəli pedaqoq türkdilli xalqların mədəniyyətinin daha da yaxınlaşması baxımından bu səfəri çox dəyərləndirir və belə hesab edir ki, Tatarıstanın peşəkar kollektivləri ilə yerindəcə tanışlıq, eləcə də dünyanın müxtəlif ölkələrindən tədbirə qatılacaq məşhur incəsənət xadimləri ilə görüşlər gələcəkdə sənət cameəsində daha sıx əlaqələrin qurulmasına yeni töhfələr verəcəkdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA