axin.az

SON DƏQİQƏ

Bizə olan inamı itirməyək - nə Ordu, nə də Xalq qarşısında

4-08-2021, 21:45



44 günlük Vətən müharibəsi günlərində dəfələrlə ictimaiyyətə, o cümlədən mediaya səslənən Müdafiə Nazirliyinin çağırışı cavabsız qalmadı. Azərbaycan mediası həmin günlərdə sübut etdi ki, çətin vaxtlarda ona inanmaq, güvənmək olar. Həm dezinformasiyalara qarşı vuruşan, həm də qaynar nöqtələrdən etibarlı xəbərlər yayan KİV ordu ilə, Müdafiə Nazirliyi ilə birgə işin verdiyi faydalarını gördü və göstərdi.

Amma əfsuslar olsun ki, şanlı qələbəmizdən sonra bəzi nüanslar yenidən unuduldu. Mənbəyi, əsası olmayan xəbərlər yenidən mətbuatı ağuşuna aldı. Son günlərdə orduda kadr dəyişikliyi barədə yayılmış əsası olmayan xəbərlər məhz bu qəbildəndir. Kökü sosial şəbəkələrə bağlı olan bu cür dezinformasiyalar təəssüflər olsun ki, ciddi hesab olunan mətbuata da ayaq açır və xalq arasında çaşqınlıq yaradır.

Elə bu gün Müdafiə Nazirliyi də bu barədə məlumat yayaraq mətbuatı dezinformasiyaya uymamağa səslədi. Nazirlik mətbuatın qələbəmizdəki rolunu qeyd etməyi də unutmadı. Yəni, bu bizə olan inamın göstəricisidir. Gəlin, o inamı itirməyək - nə Ordu, nə də Xalq qarşısında.

Bir mətbuat orqanı olaraq həmkarlarımızı sensasiya arxasınca qaçarkən obyektivliyi itirməməyə çağırırıq. İnanırıq ki, ötən ilin şanlı 44 günündə həmrəy olduğumuz kimi, yenə də bunu bacara bilərik.

Kənan Abbasov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA