axin.az

SON DƏQİQƏ

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

4-08-2021, 18:31



“Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli - insan və texnika yardımı göstərilib”.

“Report”un məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb: “Birinci mərhələdə Azərbaycandan 100 nəfərdən ibarət şəxsi heyət təyyarə vasitəsilə, ikinci mərhələdə isə quru yolla 54 texnika və 247 nəfər şəxsi heyət Türkiyəyə gəlib. Dünən axşam Azərbaycan yanğınsöndürənləri Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Buldan və Tavas istiqamətlərindəki yanğın yerlərinə göndərilib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub. Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, iki saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Bu gün səhər saatlarında məlumat verildi ki digəri də söndürülüb. Göstərişim əsasında orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA