Ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ölkədə məsuliyyətə cəlb edilən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.
Axın.az xəbər verir ki, bu məlumat, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatında əksini tapıb.
Qeyd olunub ki, məsuliyyətə cəlb edilən 75 xarici ölkə vətəndaşından 39-u İran İslam Respublikası, 11-i Gürcüstan, 18-i Rusiya, 3-ü Qazaxıstan, 2-si Türkiyə, 1-i Pakistan və 1-i Ukrayna vətəndaşları olub.