“Bu tarixi kampaniyadır və BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Anxel Moratinos bizə dəstəkdir”.
Axın.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimat mərasimində jurnalistlərə açıqlama verərkən deyib.
Mədəniyyət naziri çıxışında bildirib ki, onlar dünən Füzuli və Ağdam rayonlarına səfər ediblər:
“Gördüklərimizdən məyus olduq. Kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasıdır.
Eyni zamanda dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinə çağırış etməkdir”.
Nazir qeyd edib ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb.
O deyib ki, layihənin tərəfdaş ölkələr tərəfindən dəstəklənməsi önəmlidir:
“Müsbət cavab alacağımıza ümid edirik”.
Könül Cəfərli
FOTO: Firudin Səlimov