Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə müsabiqə elan edir.
Bu barədə Axın.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitə tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edilib.
Daha ətraflı buradan məlumat əldə etmək olar.