Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.
Polis əməkdaşları şəhid ailələrini bayram münasibəti ilə təbrik edib, onlara ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.
Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.