Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov və BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlıya məhkəmə iddiası qaldırılıb.
Unikal.org-un məlumatına görə, iddiaçı İsmixan Mirzəyevdir.
Hazırlıq iclası Yasamal rayon məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə 19 aprel tarixində keçirilib. Baxış iclası isə 18 may saat 10:30-a təyin edilib.
Dia.az xatırladır ki, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı zamanında Abel Məhərrəmovun "qara kassası" hesab olunub və onunla bağlı yerli KİV-də yetərincə neqativ faktlar ictimailəşdirilib.