Siqar iyi sənin obrazına şarm qata bilər.
Lakin mənzilin divarlarına və ya avtomobilin oturacaqlarına hopan siqaret iyi hamını səndən qaçırda bilər.
1.Əgər sən öz mənzilində 15 il ərzində 20 dostunla birlikdə hər gün siqaret çəkməmisənsə kapital təmirə ehtiyac yoxdur. Bunun üçün kömür gətir və otağın fərqli hissələrinə qoy. 300 qram kömür 40 kavdrat metrlik otaqdan siqaret iyini aparmağa malikdir. Bunun üçün sən həm də nəm hamam dəsmalı da istifadə edə bilərsən.
Düzü sonra onları atmalı olacaqsan. Həmin şeyi avtomobildə də edə bilərsən. Nəm dəsmalı sükanın üzərinə as, pəncərələri isə bir az açıq saxla.
2.Mətbəx ən çox siqaret çəkilən yerlərdən biridir. Burada siqaret qoxusunu yox etmək üçün qaz plitəsində su qaynadaraq içinə bir az sirkə əlavə et. Bu buxar iyi aparacaq.
3.Bilməlisən ki, bu pis iy divar və döşəmədən başqa mebel və dekor əşyalarına da hopur. Bu baxımdan pərdə kimi materiallar daha kövrəkdirlər. Onların üzərinə hopan siqaret qoxusunu aparmaq üçün onları artıq yumaq lazım olacaq.
4. Belə bir fikir var ki yanan şamlar tütün qoxusunu yox edir. Bəli bu belədir. Əgər şamın yoxdursa, balaca nəlbəkilərə duz səpib otağın künclərinə qoy, duz nəm kimi özünə istənilməyən qoxuları da çəkir.
5. Əsas məsələ, bütün bunları ağzında siqaretlə etməməkdir. Böyük ehtimal, belə bir fəliyyətdən sonra evdə çəkmək istəyin yox olacaq.