AzTV-də yeniliklər gözlənilir: - “Müəyyən təkliflər olacaq”

Cəmiyyət
13 Nis 2021
16:31


Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılan Bədii şuranın tərkibində dəyişiklik olub. QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şuranın yeni tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq yazıçısı Kamal Abdulla, Xalq artisti Rasim Balayev, Xalq artisti, tanınmış diktor Ofeliya Sənani, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bəstəkar, Xalq artisti Eldar Mansurov, teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli daxildir.

Şuranın ilk iclası dünən QSC sədri Rövşən Məmmədovun rəhbərliyi ilə keçirilib. Sədr cari ildə nəzərdə tutulan işlər, yeni layihələrlə bağlı məlumat verib. Bildirib ki, Şuranın üzərinə düşən əsas missiya AzTV-nin nəzdində fəaliyyət göstərən kanalların işinə nəzər salmaq, mövcud olan çatışmazlıqları müzakirəyə çıxarmaqdır: “Bu gün Azərbaycan Televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Pandemiya şəraitini nəzərə alaraq Bədii Şura üzvləri ilə ayda bir dəfə iclas təşkil etmək olar”.

Xalq yazıçısı Anar Rzayev gələcək planlar barədə “Sherg.az”a danışdı:

“Dünən ilk toplantımız keçirildi. Tanışlıq xarakterli idi. Ayda bir dəfə görüşəcəyik. Yəqin ki, müəyyən təkliflər olacaq. Hər kəs üçün uğurlu olacağına inanıram”.
11.05.2021
20:00
"Real" Mendini itirdi