Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilib

Cəmiyyət
13 Nis 2021
16:20


Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.
Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə,

- kəsişmədə Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib;

- Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib;

- İşıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.
11.05.2021
20:00
"Real" Mendini itirdi