Telegram-ın bazar dəyəri IPO nəticəsində Whatsapp-dan daha yüksək ola bilər

Cəmiyyət
13 Nis 2021
22:33


Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir. Mütəxəssislər isə artıq indidən Telegram-ın potensial bazar dəyərini müəyyən etməyə çalışırlar. Verilmiş məlumata əsasən Telegram hal hazırda pre-IPO diaqnostikası aparır və öz səhmlərinin ilkin yerləşdirilməsi üçün uyğun olan regionlar ilə bazarları nəzərdən keçirdir. Digər bir insayderin sözlərinə əsasən isə Pavel Durov bazara hansı üsul ilə çıxmağa hələ qərar verməyib. İnsayder bildirib ki, IPO-dan əlavə olaraq şirkt həmçinin birbaşa listinqi və birjaya çıxmaq üçün SPAC şirkətlərdən (IPO prosesindən yan keçərək birjaya çıxmaq istəyən özəl şirkətin alınması üçün nəzərdə tutularaq yaradılan ikinci bir şirkət) istifadəni də nəzərdən keçirdir.

Səhmlərin birjaya 2023-cü ildə yerləşdirilməsi planlaşdırılır. Lakin səhmlərin yerləşdirilməsi tarixi bazarın vəziyyətindən asılı olaraq dəyişə bilər. Analitiklərin fikirlərinə əsasən səhmlərin ilkin yerləşdirilməsi nəticəsində Telegram-ın bazar dəyəri 30-50 milyard dollar təşkil edə bilər. Məlumatda qeyd edilib ki, şirkət daxilində səhmlərin qiymətləndirilməsinin aylıq aktiv istifadəçi sayına əsasən təyin edilməsi planı da müzakirə olunur. Bu halda bir aktiv istifadəçi 50$ səviyyəsində qiymətləndiriləcək. Hələ bir neçə müddət bundan öncə Telegram təmsilçiləri qeyd etmişdilər ki, messencerin aylıq aktiv istifadəçi kütləsi 500 milyon insan təşkil edir. Yaxın 2 ildə bu göstərici 0.8-1 milyard aktiv istifadəçi kütləsinə yüksələ bilər.
11.05.2021
20:00
"Real" Mendini itirdi