Astiqmatizmin müalicəsində hansı üsullardan istifadə olunur?

Cəmiyyət
13 Nis 2021
22:40


Astiqmatizm buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya pozğunluğudur. Bu zaman işıq şüalarının səpələnməsi və torlu qişada təsvirin təhrif olunması baş verir. 1 dptr-dan yüksək olan astiqmatizm görmə qabiliyyətinin pozulması, əşyaların bulanıq təsviri, baş ağrıları, zehni fəaliyyət zamanı yorğunluq, qaşüstü nahiyədə diskomfort hissi ilə təzahür edir.


Aztibb.az xəbər verir ki, astiqmatizmin diaqnostikası oftalmoloqun konsultasiyası, görmə itiliyinin yoxlanılması, refraksiyanın müayinəsi (skiaskopiya, refraktometriya), biomikroskopiya, oftalmometriya, oftalmoskopiya, gözün USM-i, kompüter keratotopoqrafiyasından ibarətdir.


Astiqmatizmin müalicəsində eynək və kontakt linzalarla korreksiya, LASİK üsulu ilə lazer korreksiyası, astiqmotomiya, fakik linzaların implantasiyasından istifadə olunur.



Astiqmatizm əlamətləri



Astiqmatizm bir qayda olaraq, məktəbəqədər və ya erkən məktəb yaşlarında aşkarlanır. Belə uşaqlar oxşar hərfləri səhv salır və ya sözlərdə yerini dəyişir, eləcə də görmə qabiliyyətinin zəif olmasından, əşyaların təsvirinin bulanıq olmasından, baş ağrılarından, qaşüstü nahiyədə diskomfort hissindən şikayətlənir. Astiqmatizm üçün gözlərin tez yorulması, gözlərdə «qum dənəcikləri» hissi ilə özünü büruzə verən astepeniya və uzun müddət eyni eynəkdən istifadə zamanı görmənin pisləşməsi ilə əlaqədar eynək şüşələrinin tez-tez dəyişdirilməsi xarakterikdir.

Astiqmatizmin əlamətləri az spesifikdir; xəstəliyin erkən mərhələlərdə işıq şüalarının fokuslanması azacıq dəyişdiyindən, belə hallar adətən yanlış olaraq, göz yorğunluğu kimi qəbul edilir. Görmə dəqiqliyinin pozulması (əşyaların deformasiyalaşmış, bulanıq şəkildə görünməsi); gözlərdə ağrı, qızartı, göynəmə hissi; kitab oxuma, kompüterdə çalışma zamanı gözlərdə ikiləşmə, hər hansı bir obyektə qədər olan məsafənin təyininin çətinləşməsi astiqmatizmdən xəbər verə bilər.



Astiqmatizmin növləri


Əsas meridianların (gözün perpendikulyar müstəviləri) refraksiyasından asılı olaraq, düz (vertikal meridianın sındırma qüvvəsinin üstünlüyü), əks (horizontal meridianın sındırma qüvvəsinin üstünlüyü) və çəp oxlarla astiqmatizm ayırd edilir.



Bundan əlavə, astiqmatizmin düzgün və qeyri-düzgün olmayan növləri qeyd olunur. Düzgün astiqmatizm zamanı iki əsas meridian bir-birinə perpendikulyar, qeyri-düzgün formada isə çəp yerləşir.



Yaranma vaxtına əsasən astiqmatizmin 2 növü ayırd edilir: anadangəlmə (düzgün) və qazanılmış (qeyri-düzgün). 0,5-0,75 dptr həddində olan anadangəlmə astiqmatizm fizioloji hesab olunur – belə hallarda görmə itiliyində heç bir pozğunluq baş vermir, korreksiyaya ehtiyac yaranmır. Qazanılmış astiqmatizmin bütün formaları patoloji sayılır.
11.05.2021
20:00
"Real" Mendini itirdi