Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparatın əməkdaşları peyvənd olunublar.
Axin.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, peyvəndləmə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilib.
Peyvəndləmə iki dozalı olduğu üçün əməkdaşlar bir müddətdən sonra yenidən koronavirus əleyhinə peyvənd olunacaqlar.