Xorultudan xilas olmaq üçün təbii RESEPT

Cəmiyyət
10 Nis 2021
21:00


Xorultu yuxu zamanı tənəffüsün pozulmasıdır. Bu pozğunluq burun-udlaq və qırtlağın yumşaq toxumalarının vibrasiyası, cingiltili səsin yaranması ilə müşayiət olunur. Xorultu LOR-orqanlarının patologiyası, artıq çəki və ya funksional dəyişikliklərlə bağlı ola bilər. O, çox zaman apnoe (tənəffüsün dayanması) tutmaları ilə müştərək şəkildə baş verir. Bu da həyati vacib orqan və sistemlərin oksigen çatışmazlığına, infarkt və insult riskinin yüksəlməsinə gətirib çıxarır.


Aztibb.az xəbər verir ki, xoruldamaqdan azad olmaq üçün aşağıdakılara əməl etmək lazımdır:



* yan tərəfi üstündə yatmaq;
* arıqlamaq;
* spirtli içki qəbul etməmək;
* əlaməti əmələ gətirən səbəbi həkimin müayinəsi vasitəsilə araşdırıb aradan qaldırmaq.



Yatmazdan əvvəl uzun müddət aşağıdakı qarışımı içsəniz xorultudan xilas ola bilərsiniz:



Alma - 2 ədəd;
Yerkökü - 2 ədəd;
Limon - ¼ ədəd;
Zəncəfil kökü - 1 ədəd;



Tərəvəzlərin hamısı blenderdə üyüdülür və yatmazdan əvvəl qəbul edilir.
11.05.2021
20:00
"Real" Mendini itirdi