“Bu, çox ciddi mövzudur. Erməni tərəfi Azərbaycanın saxladığı terrorçularla bağlı dezinformasiya yayıb. Əvvəla, nəzərə almaq lazımdır ki, aprelin 8-də cənab Prezident Rusiya baş prokurorunu qəbul edib. Ehtimal edirəm ki, görüşdə terrorçularla bağlı məsələ müzakirə olunub.
Şübhəsiz ki, Azərbaycan və Rusiya Prezidentləri arasındakı telefon danışıqları zamanı da bu mövzuya toxunulub. Elə Paşinyan da Putinlə görüşlərdə bu məsələni media qarşısında qaldırır. Ancaq Azərbaycan Prezidentinin və dövlətinin fikri qətidir. Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatında açıq göstərilir ki, 10 noyabrda müharibə dayandırıldıqdan sonra Azərbaycan ərazilərinə keçən və həbs edilən şəxslər ancaq terrorçu və təxribatçı ola bilər. Bu məsələ bağlanıb. Dövlətin qətiyyətli mövqeyi ortadadır”.