Dubayda çılpaq şəkillər çəkdirdikləri üçün tutulanlar altı aya qədər, tədbirin təşkilatçısı isə bir ilə yarım ilə qədər həbs cəzası ilə üzləşirlər. Axin.az Rusiya Baş Konsulluğu məlumatına istinadən xəbər verir.
Bundan əvvəl sosial şəbəkədə çılpaq qızların Dubaydakı çoxmərtəbəli binalardan birinin balkonunda fotoqraf üçün poza verdikləri video yayımlanmışdı. İlkin məlumata görə, 40 nəfər saxlanılıb.
Qızların üzləşdiyi tək şey həbsxana deyil. Bəlkə də beş min dirhəm cərimə ödəməli olacaqlar - bu, demək olar ki, 1,4 min dollardır. Təşkilatçı üçün cərimə daha çoxdur - təxminən 14 min dollar. Lakin Baş Konsulluq yaxınlaşan Ramazanın qızları xilas edə biləcəyini istisna etməyib. Fotosessiyada iştirak edənlər müsəlmanlar üçün müqəddəs ayla əlaqədar bağışlana bilərlər. Daha ətraflı məlumatı Axin.az-ın təqdim etdiyi video süjetində tapa bilərsiniz.
Daha ətraflı məlumat: https://www.m24.ru/videos/proisshestviya/05042021/284981?autoplay=1&utm_source=smi2&utm_campaign=video&utm_medium=cpc?utm_source=CopyBuf