Cinsi istəksizliyin yaşı azaldı -Həkimdən XƏBƏRDARLIQ

Cəmiyyət
8 Nis 2021
17:11


Türkiyəli həkim Halim Hattat günümüzdə bəzi kişilərin gənc yaşda cinsi gücü aşağı düşərkən, bəzilərinin isə iləri yaşına baxmayaraq performasını qoruduğunu deyib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, penis damarlarınızda problem varsa və ya testosteron hormonunuz aşağıdırsa, 5 il ərzində ürək-damar problemi yaşayacaqsınız. Buna görə də həkimlə məsləhətləşib, cinsi sağlamlığınızı kontrol etdirməlisiniz.

Testosteron hormonu 30-lu yaşlardan başlayaraq düşməyə başlayar. Xüsusilə bədən yağı yüksək, bel çevrəsi qalın kişilərdə və yüksək stressi olanlarda bu zəifləmə sürətlənir. Zamanla artan cinsi istəksizlik ola bilər. Belə vəziyyətlərdə kişilik hormonlarınızla yanaşı, cinsi bölgə, damar və nevroloji sisteminiz, prostat sağlamlığınız yoxlanılmalıdır.


Həmçinin, diabet, yüksək təzyiq, xolesterol, siqaret yaşlanmanı sürətləndirər.

İdrar yolu, boşalma problemləri və cinsi ağrılar ola bilər. Performans həyəcanı və uğursuzluq qorxusu yaranar. Bu səbəblə bitki tərkibli dərmanlara psixoloji-fiziki bağımlılıq yaranar. 35-40 yaşındakı bir kişinin qarşısında cinsi olaraq aktiv qala biləcəyi uzun illər var. Hətta görünüşü, müddəti dəyişsə də, 100 yaşına qədər belə davam edə bilər. Buna görə də önəmli olan orqanizminizdəki fiziki dəyişimlərinizi bilməyinizdir.