Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

Cəmiyyət
8 Nis 2021
14:28


Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.



Aztibb.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.



Ə.Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib:



"Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur".