Pandemiyanı fürsətə çevirək:“Dünya dəyişir, biz də dəyişək” - Necə?

Cəmiyyət
8 Nis 2021
21:46




“Pandemiya dövrü yeni fürsətlər dövrüdür. Yeni bir mərhələnin başlanğıcıdır. Təhsil alma və təhsil vermə formasının dəyişəcəyi danılmaz və qaçılmazdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

O, “Sherg.az”a açıqlamasında bildirdi ki, ləngimədən böhranı fürsətə çevirməliyik:

“Artıq təsdiq olunur ki, dörd il universitet divarı arxasında vaxt itirmək lazım deyil. Bunu daha qısa müddətdə etmək olar. Pandemiya dövründə ən çox ehtiyac qoruyucu maskalara idi.

Türkiyənin İstanbul Qaziosmanpaşa Peşə məktəbi və Texniki Anadolu peşə məktəbi pandemiya dövründə 4.5 milyon ədəd qoruyucu maska istehsal edib.

İndi isə ixraca başlayıblar və Çexiya Respublikası onlara böyük həcmdə maska sifarişi verib. Bizim hansısa ali, orta ixtisas, peşə təhsili müəssisələrində pandemiya dövründə zəruri hesab olunan məhsulların istehsalını görmüsünüzmü?

Baxın, pandemiyanı fürsətə çevirmək budur. Yoxsa, “pandemiya dövrüdür, işləmək mümkün deyil” cavabı absurddur. Xarici ölkələrdə kollec və peşə məktəbləri özləri üçün xüsusi video konfrans proqramları hazırladı.

Təkcə ZOOM-ın cəmi bir ildə qazancı milyardlarla dollar həcmində idi...Dünya dəyişir, təhsil dəyişir, təhsil sistemi dəyişir, biz də dəyişək…”.