Koronavirusa yoluxan Xalq artisti evə buraxıldı

Cəmiyyət
8 Nis 2021
14:00



Xalq artisti Bəsti Cəfərova xəstəxanadan evə buraxılıb.

Axin.az xəbər verir ki, bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, səhhətinin tam qaydasına düşdüyünü, lakin ev şəraitində də 14 gün malicəsini davam etdirəcəyini deyib.

Qeyd edək ki, Xalq artisti Bəsti Cəfərova martın 31-də koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.